Zərdabda buraxılış imtahanı keçirilir

6
156
imtahanBu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada növbəti buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, Zərdab, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin məzunlarının imtahanlarının keçirilməsi üçün 56 imtahan mərkəzi ayrılıb.

Saat 10-da IX sinif şagirdləri, 15-də isə XI sinif şagirdləri imtahan verəcəklər.

Zərdabda 660 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur. 11-ci siniflərin buraxılış imtahanı haqqında məlumata gəlincə, Zərdabda 436 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

Zerdab.com

6 ŞƏRH

  1. Ilk once sehvinizi tutmusam.9cu sinif sagirdlerinin sayi hardasa 660 ola biler ama yuxarida yazilib ki bu imtahanlarda umumilikde 38 212 sagird istirak edecek ama 11ci sinifi yazmisiniz ki 436 368 nefer bu nece olur? 🙂

  2. muellimler ucun de buraxlllw imtahanl kecirilseydi ela olardl.adln yaza bilmeyen,aheng qanunu nedi,hansl mektebi bitirib,bitirdiyi ali mektebin rektoru kim olub,sinif jurnall necece yazlllr bilmeyenler indi muellim olublar.heyif o muellim adlndan

  3. ele qorxmusdumki men…3 nomreli mektebde 341ci otaga dusmusdum…sehla muellime nezaretci idi bi de azad muellim…ama sual kitabcasina baxanda her sey deyisdi….mirt suallar idi…..

Comments are closed.