
Filiologiya elimləri doktoru, BDU-nun professoru.
Sürətli inkişaf dövründə internetdən istifadə qaçılmazdır. İnternet bəziləri üçün görəcəyi işin bir hissəsidir, bəziləri isə sırf şəxsi maraqlarına görə internetdən istifadə edir. Sosial şəbəkələrdə demək olar yaşı 7-dən 77-yə qədər olan hər kəsə rast gəlmək mümkündür. Bir çoxları sosial şəbəkələrdən istifadəni bekarçılıq adlandırsalar da, özləri də hiss etmədən həmin şəbəkələrin sakinlərinə çevriliblər. Maraqlıdır, deputatlar hansı sosial şəbəkələrdən istifadə edir və internetə gün ərzində neçə saat sərf edirlər?
Modern.az deputatlar arasında bu mövzuda sorğu keçirib. Bu suala millət vəkilimiz Jalə Əliyeva da cavab verib. Xanım millət vəkilimiz bildirib ki, sosial şəbəkələrdən istifadə etmir: “Vaxt çox məhduddur. İnformasiyanı kimlərinsə vasitəsilə deyil, birinci qaynaqdan-informasiya agentliklərinin özündən almağa üstünlük verirəm. Yalnız informasiya almaqdan ötrü internetdən istifadə edirəm. Heç bir sosial şəbəkədə profilim yoxdur”.
Gülşən RAUFQIZI








