“Əkinçi” mənim üçün çox doğmadır

20
181
Tərlan Abdullayeva
“Əkinçi” qəzetinin əməkdaşı Tərlan Abdullayeva jurnalist fəaliyyəti ilə yanaşı, rayonumuzda ictimai və könüllü işlərdə fəal iştirakı ilə də insanların rəğbətini qazanıb.

Dahi həmyerlimiz Həsən bəy Zərdabinin xalq qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dilində ilk milli qəzetin nəşrinə nail olması idi. Böyük Azərbaycanlının böyük fədakarlığı sayəsində 1875-ci ilin 22 iyulunda “Əkinçi”nin işıq üzü görməsi Zərdab torpağını həmişəlik tarixə yazdı və bununla bizə böyük və əbədi qürur duyğusu bəxş etdi. Fərəhli və ürəkaçan bir hal da var ki, hazırda bu qəzetin gözəl ideyalarını Zərdabda çıxan yerli rayon qəzeti ləyaqətlə davam etdirir. Elə buna görə rayonumuzun “Əkinçi” adlı qəzetinin hər nömrəsini sevə-sevə oxuyuram. Redaksiya kollektivi ilə bir binada işlədiyimiz üçün qəzetin yaradıcı heyəti ilə yaxından əlaqə saxlayıram. Qəzetin redaktoru Ali milli media mükafatı laureatı İsaməddin Əhmədovun Həsən bəy Zərdabinin “Kaspi” qəzetinə göndərdiyi məktublarını ruscadan tərcümə edib bu qəzetdə çap etdirdiyi məqalələrini maraqla izləyirəm. Bundan başqa İsaməddin müəllimin çapdan çıxmış 5 kitabını öz oxucularım arasında həvəslə təbliğ edirəm. “Əkinçi” qəzetinin müxbirlərindən olan Tərlan Abdullayevanın hər yazısını təkcə mən yox, oxucuların çoxu böyük maraqla gözləyir və çox həvəslə oxuyur. Müxbir xanımın qələmindən çıxan bütün mövzular insana xoş gəlir, oxucuda gözəl duyğular yaradır. İşlədiyi hansı mövzu olur olsun sadə, oxunaqlı və aydın yazır. Məqalələrinin ideyasını oxucuya ustalıqla aşılaya bilir. İndiki kompyuter əsrində belə Tərlan xanımın məqaləsi olan nömrələr əl-əl gəzir. O, həm də ölkəmizdə çıxan bir sıra nüfuzlu qəzetlərlə yanaşı, doğma Zerdab.com-dakı yazıları ilə də diqqətləri özünə çəkə bilir. Bir kitabxanaçı kimi deyə bilərəm ki, Tərlan xanım tanıdığım oxucular arasında ən zövqlü mütaliə edəndir. Nəyi oxuyacağını düzgün seçir. Tərlan Abdullayeva həm də Azərbaycan Qadınlarının III qurultayının nümayəndəsi olub.

“Əkinçi”nin bütün kollektivi çalışqandır. Hər nömrənin oxuculara vaxtında çatdırılması üçün hər kəs əlindən gələni edir. Öz peşə bayramları ərəfəsində onlar həmişəkindən daha çox işləyərək öz oxucularına daha yaxın olmaq istəyirlər.

Əziz “Əkinçilər”, qarşıdan gələn milli jurnalistika günü münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm.

GÜLXANIM VƏLİYEVA,

Zərdab Rayon MKS-nin 39 saylı şəhər kitabxana filialının kitabxanaçısı.

20 ŞƏRH

  1. Mən də kitabxaçımız Gülxanım Vəliyevanın yazısını çox bəyəndim.Həqiqətən də bu qəzet fəxr edilməli bir qəzetdir.Hər bir vətəndaşin bu qəzetə abunə olmaği mənəvi borcudur.Qəzetin bütün əməkdaşlarını ürəkdən təbrik edir,onlara bu çətin və məsuliyyətli işdə dözüm,iradə və müvəffəqiyyətlər arzulayıram.

  2. “Əkinçi” qəzetinin bütün kollektivini təbrik edirəm.Onlara
    yaradıcılıq uğurları arzulayıram.

  3. Hörmətli Gülxanım səni həmişə işini sevən, fəal bir kitabxanaçı kimi tanıyıram və hamımızın böyük həvəslə oxuduğumuz Əkinçi rayon qəzetinə olan diqqətini də alqışlayıram. Mən də Əkinçi rayon qəzetinin redaktoru gözəl qələm sahibi olan İsaməddin müəllim başda olmaqla qəzetin bütün kollektivini qarşıdan gələn Milli Mətbuat günü münasibətilə ürəkdən təbrik edirəm və onlara işlərində uğurlar arzulayıram.

  4. Məndə bütün təbriklərə qoşuluram və Gülxanım xanımın simasında “Əkinçi”qəzetinin bütün oxucularını və başda İsaməddin müəllim olmaqla Mətbuat günü münasibətilə bütün mətbuat işçilərini təbrik edirəm .Gələcək işlərində uğurlar arzulayıram

  5. Məndə bütün jurnalistlərimizi təbriik edirəm.O cümlədən Gülxanım xanımıda bir oxucu kimi təbrik edirəm

  6. Mən də Əkinçi qəzetinin kollektivini təbrik edirəm.Gülxanım xanıma da gələcək işlərində uğurlar arzu edirəm.

  7. Gulxanım xanımın təbriklərinə qoşuluram, “Əkinçi” qəzetinin kollektivini təbrik edirəm. Zəkanız iti, fikirləriniz aydın, qələminiz iti, sözünüz kəsərli olsun əziz jurnalistlər

  8. Mənim öz məqaləmi Zərdab.com saytında yayımladığına görə çox hörmətli Nicat müəllimə ürəkdən minnətdarlığımı bildirirəm.Və qarşıdan gələn 22 İyul Milli MƏtbuat və Jurnalistika günü münasibətilə məndə öz adımdan Nicat müəllimi təbrik edirəm.Bundan sonrakı əmək fəaliyyətində uğurlar arzulayıram.Allah sizdən razı olsun, hörmətli Nicat müəllim.

  9. Men butun ƏKİNCİ qezetinin kollektivini tebrik edirem Gulxanim Xanimada tesekkur edirem ki,jurnalistlərimizə bu cur dəyər verir.

  10. 22-iyun Milli Mətbuat və Jurnalistika günü munasibətilə məndə ” Əkinşi”qəzetinin kollektvini təbrik edirəm.

  11. Əziz Gülxanım xanım !Əvvəla ,Sizi ürəkdən salamlayıram. Sonra Sizə-çox bacarıqlı kitabxanaçımıza ən səmimi duyğularımla minnətdarlıq edirəm .Çox sağ ol ki , mənim peşə qabiliyyətimi belə yüksək səviyyədə dəyərləndirmisən.Allah Sizlərdən razı olsun!

  12. 22iyun Milli Mətbuat və Jurnalistika günü münasibətilə bütün “Əkinçi”qəzetinin kollektivini təbrik edirəm.Gülxanm xanma da təşəkkür edirəmə.Jurnalistlərimizə dəyər verdiyin üçün .

  13. Hörmətli Gülxanm xanm təbrikələrə qoşuluram,”Əkinçi” qəzetinin kollektivini təbrik edirəm

  14. Mənə Gülxanm xanmn təbriklərinə qoşuluram”Əkinçi”qəzetinin kollektivini təbrik edirəm.

  15. 22-iyul Milli Mətbuat və Jurnalistka günü münasiibətilə mən də “Əkinçi” qəzetinin kollektivini təbrik edirəm

  16. Hörmətli Gülxanım Vəliyeva ! Bu məktubunuzda bəhs etdiyiniz müxbirlərdən Tərlan Abdullayevanın jurnalistlik fəaliyyəti ilə mən də yaxından tanışam. Tərlan xanım haqqında yazdıqlarınız məni yaxşı mənada təsirləndirdi və kövrəltdi. Allah Sizdən razı olsun.Bu müqəddəs Ramazan günlərində İlahidən bir istəyim də var : kaş ki , Tərlan xanımın zəhməti əlaqədar qurumlar tərəfindən qiymətləndirilərək Tərlan Abdullayevaya da “əməkdar jurnalist “adı verilə…

  17. Məndə təbriklərə qoşuluram “Əkinçi” qəzetinin kollektivini təbrik edirəm.

  18. 22-iyul Milli Mətbuat və Jurnalistka günü münasibətilə”ƏKİNÇİ”qəzetinin kollektivini təbrik edirəm

Comments are closed.