Zərdabda 56 sahibkara 18 milyon 743 min manat kredit verildi

0
46

Zərdab rayonuZərdab rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirildi

10 oktyabr 2014-cü il tarixdə Zərdab rayonunda “Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri”nə dair işgüzar forum keçirilib. Zərdab Rayon İcra Hakimiyyətindən Zerdab.com saytına verilən məlumata görə, forumda Zərdab, Ağcabədi, Beyləqan, Bərdə, İmişli və Yevlax rayonundan olan 80 nəfər sahibkar iştirak edib: “Forumun məqsədi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə güzəştli kreditlərin verilməsi mexanizminin izah olunması, həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin sahibkarlara təqdim olunması, onlarla müvəkkil kredit təşkilatları arasında qarşılıqlı inamın artırılması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi üzrə qarşılıqlı dialoq əsasında işgüzar münasibətlərin yaradılması, eləcə də potensial sahibkarların üzə çıxarılması və nəticədə daha çox kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsidir. Forumda güzəştli kreditlərin verilməsi mexanizminə, kreditin alınması üçün tələb olunan sənədlərə, elektron qeydiyyat sistemi və onun üstünlüklərinə dair treninq keçirilib. Sahibkarlara 2014-cü ilin ötən dövrü ərzində respublikanın regionlarında verilmiş güzəştli kreditlər, bu kreditlər hesabına yeni yaradılan iş yerləri və cari ildə Fondun fəaliyyətində iqtisadiyyatın sahələri üzrə əsas prioritet istiqamətlər üzrə hədəflər barədə məlumat verilib. Daha sonra sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlərin yaradılması istiqamətində müzakirələr aparılıb, sahibkarların sualları cavablandırılıb və təklifləri dinlənilib.

Forumda Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və İqtisadiyyat  və  Sənaye  Nazirliyinin  Sahibkarlığa  Kömək  Milli  Fondunun icraçı direktoru Şirzad Abdullayev iştirak və çıxış ediblər.

Sonda 56 nəfər sahibkara İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə 18 milyon 743 min manat güzəştli kredit verilib”.

 SevincZərdab rayonuZərdab rayonuZərdab rayonu