Bir uşaq babasından
Soruşdu yeməkləri.
Hansılar zərərlidi,
Hansılarsa xeyirli?
***
Baba dedi ki, bala,
Yaxşı deyib atalar,
Zəhmətlə qazanılan
Şor, baldan şirin olar.
***
İnsana çox xeyirdi
Meyvə, göy, hər tərəvəz.
Onları heç bir yemək
Eyləyə bilməz əvəz.
***
Zəhmət çək, ək, becər, ye,
Dadlı olsun bar-bəhər.
Zəhmətsiz bal da yesən,
Dönüb olacaq zəhər.
HACIAĞA HACIYEV, Bıçaqçı Kənd Mədəniyyət Evinin direktoru.