Zərdablı gənclər “Girovları azad et!” aksiyasına qoşuldular

0
155

Girovları azad et!“Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda girov götürülmüş mülki şəxslər – Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı başlanmış “Girovları azad et!” virtual flaşmob aksiyasına qoşulub. Zerdab.com saytı xəbər verir ki, Birliyin sədri Zamiq Manafov deyib ki, təşkilatın üzvləri olan fəal gənclər – Nicat Rəhimov, Şaiq Teyyubov, Samir Məmmədov, Rasif Qocayev, Aygün Qocayeva 3 dildə – Azərbaycan, ingilis və rus dillərində “Girovlarımızı Azad Et” yazılmış plakatlar hazırlayaraq, bütün vətəndaşlarımızı soydaşlarımızın qondarma məhkəmə qarşısında mühakimə olmasına etiraza səsləyiblər.

Qeyd edək ki, belə aksiya regionlarda ilk dəfə olaraq Zərdab rayonunda, məhz “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin təşəbbüsü ilə baş tutub. Ümid edək ki, bu aksiyaya digər bölgələrimizdən olan gənclər də qoşulacaqlar.

Sevinc Vaqifqızı

 Girovları azad et! Girovları azad et! Girovları azad et!Girovları azad et!