
Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı
ƏTRİNİN QOXUSU BURNUMA GƏLİR
O gündən bu günə içimdəsənmiş,
Qəlbimdə əvvəlki biçimdəsənmiş,
Mən tənha bildiyim bu can evimi,
Bilməzdim, demə, tərk etməmisənmiş.
***
Ləhcənə, dilinə həsrət qalmışam,
Sənlə çiçəkləyib, indi solmuşam.
Ətrinin qoxusu burnuma gəlir,
Elə bil, mən axı dəli olmuşam?!
***
Ağlıma qəribə fikirlər gəlir,
Elə bil, xoşbəxtlik məndən gizlənir.
Bir zaman şən, xoşbəxt olan ürəyim,
Zalım ürəyindən sevgi dilənir.
***
Tər-təmiz sevgidən yalan doğurdun,
Canıma qəsd edib, Əzrayıl oldun.
Sən ki, ürəyintək sevirdin məni,
Müqəddəs sevgidən nə tez yoruldun?…
çox gözel ve poetik şeerdir.teşekkürler
çox sağolun çox gözeldir teşekkürler Güler xanım.
Tebrikler tebrikler.çox gözeldir
çox sağolun teşekkürler.
Comments are closed.