Zərdabın başçısından pul istəyən şəxs dələduzluqda şübhəli bilinir

0
26

FotoBir müddət əvvəl Bakıda “Koroğlu” metro stansiyasının yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən Fəqan Nəsibov saxlanılıb.

APA-nın əldə etdiyi məlumata görə, F.Nəsibov dekabrın 2-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.

Qeyd edək ki, F.Nəsibov avqustun 21-də saat 11:00 radələrində intihar məqsədilə “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb. O, ZərdabRayon İcra Hakimiyyətinin başçısından şikayət edərək iddia edirdi ki, icra başçısı onun 65 min manat pulunu mənimsəyib.

Şəhriyar Əlizadə, APA