YAP Zərdab rayon təşkilatı təbliğat-təşviqatı davam etdirir

0
34

YAP Zərdab Rayon Təşkilatı     Yeni Azərbaycan Partiyasının (YAP) Zərdab rayon təşkilatının Seçki qərargahının təbliğat qrupu bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində növbəti görüşünü rayonun Şəftəhal, Aşağı Seyidlər, Kəndəbil, Ağabağı, Şıxbağı və Nəzəralılı kəndlərində keçirib. Bu barədə Zerdab.com saytına YAP Zərdab rayon təşkilatından məlumat verilib. Görüşdə YAP Zərdab rayon təşkilatının sədr müavini, YAP Zərdab rayon qərargahının və təbliğat-təşviqat qrupunun üzvü Vüsalə Kərimova, YAP Zərdab rayon qərargahının və təbliğat-təşviqat qrupunun üzvü Gülağa İsgəndərov, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvü Vəfa Bayramova, YAP Zərdab rayon təbliğat-təşviqat qrupunun üzvü Mənsim Pənahov iştirak ediblər. Görüşdə Yeni Azərbaycan Partiyasının respublikamızın hərtərəfli inkişafında, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində apardığı dəqiq düşünülmüş siyasi xətdən, ötən müddət ərzində partiya üzvlərinin təmsil olunduqları müxtəlif bələdiyyələrin istər ölkəmizin inkişafı, istərsə də əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdikləri işlərdən danışıblar. Çıxış edənlər bildiriblər ki, Azərbaycana böyük uğurlar qazandıran və hər zaman xalqın dəstəyinə arxalanan Yeni Azərbaycan Partiyası bu seçkilərdə də qələbələr əldə edəcək.

Zerdab.comYAP Zərdab Rayon TəşkilatıYAP Zərdab Rayon Təşkilatı5YAP Zərdab Rayon TəşkilatıYAP Zərdab Rayon TəşkilatıYAP Zərdab Rayon Təşkilatı