Zerdab.com-a daxil olanların sayı artır – STATİSTİKA

0
144
Sayt
Zerdab.com

Bu gün Azərbaycanın ilk peşəkar region saytı Zerdab.com-un fəaliyyətə başlamasından 4 il ötür. Artıq saytımız 5 yaşına qədəm qoyur. Bu gün fəxrlə deyə bilərik ki, saytımızın minlərlə oxucusu var. Onlardan rayonumuzda, rayonumuzun kəndlərində yaşayanlar da var, Bakıda və ya uzaq-uzaq ölkələrdə yaşayanlar da. Hər gün təkcə Rusiyadan 700-1000 nəfər arası oxucu saytımıza daxil olmaqdadır. Onlar doğma rayonumuzdan, vətəndan uzaq olsalar da Zerdab.com saytı vasitəsi ilə əgər belə demək mümkünsə, bu məsafəni qısaldırlar. Elə Bakıda hər gün iş yerindəki kompyuterində Zerdab.com saytını gündəlik izlədiyini bizə söyləyən yüzlərlə sadiq oxucularımız var. Eləcə də rayonumuzun özündə. Bu gün Zerdab.com saytının təkcə “facebook” səhifəsində 1800-dən artıq üzvü var. Bundan başqa “Zerdab.com” qrupunun üzvlərinin sayı 1500-dən çoxdur.

Əlbəttə, bütün bunlar bizdə məsuliyyət yaradır, necə dəyərli bir işlə məşğul olduğumuzun fərqindəyik. İndi isə Zerdab.com saytına daxil olanların statistikasını təqdim edirik.

Saytsayt3Saytsayt8sayt1