Bürkün, toz-dumanın aldı canımı,
Əlvida qızmar yay, salam, soyuq qış,
Sənə də inamım qalmayıb daha,
Evdə ları xoruz, çöldə toyuq qış.
***
Sən gəldin, bağımda soldu çiçəklər,
Üşüyüb, qəlbimə doldu çiçəklər,
Çürüyüb, boz torpaq oldu çiçəklər,
Düşmədin dərdimdən niyə duyuq, qış.
***
Mən səni uşaqkən yaman sevirdim,
Alsa da üstümü duman, sevirdim,
Yaxşı ki, bizlərdən tez üz çevirdin,
Bezmişdik yeməkdən xaşıl, sıyıq, qış.
***
Qalıb İsaməddin girov, əlində,
Qoyub izlərini qırov, telində,
İnsan da olarmış qərib, elində,
Diriykən ölüyə demə tayıq, qış.
İsaməddin ƏHMƏDOV,
Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin redaktoru
çoox Gözeldir ellerinize üreyinize sağlıq İsameddin müellim.
Comments are closed.