Həsən Bəy Zərdabi Muzeyində 20 Yanvar hüzn gününün 25 illiyi ilə əlaqədar “20 yanvar faciəsini unutmadıq” adlı ədəbi-bədii kompozisiya təşkil edildi. Tədbirin əvvəlində şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri Həsən Bəy Zərdabi Muzeyini direktoru Vəfa Bayramova açaraq 20 yanvar facisəindən, Azərbaycan xalqına qarşı həyata keçirilən cinayətlərdən danışdı.
Vəfa Bayramova xalqımızın yaddaşında silinməz izlər buraxmış o dəhşətli gecədən 25 il keçməsinə baxmayaraq hər il 20 yanvarın ümumxalq hüzn günü kimi yad edildiyini, xalqımızın bu ağrıları heç vaxt unutmayacağını söylədi.
Tədbirdə muzeyin əməkdaşları Qurbanova Tavad, Xəlilova Sahilə, Şirinova Günay çıxış edərək 20 yanvar facisəinin xalqımızın qəlbində açdığı dərin yaralardan danışdılar.
Tədbirdə Gəlmə kənd orta məktəbinin, 1 saylı məktəb liseyinin şagirdlərinin və 3 saylı bağçadan Xəlilli Xəlilin iştirakı ilə hazırlanmış “20 yanvar facisəini unutmamışıq” adlı ədəbi- bədii kompozisiya nümayiş etdirildi.
Həsən Bəy Zərdabi Muzeyi











