İstəyirəm gedib görəm Qarabağım nə gündədi

0
63

AgdamİSTƏYİRƏM ƏSGƏR OLAM

İstəyirəm əsgər olam, silah alam əllərimə,

“Allahu əkbər” deyərək, gedəm düşmən üzərinə.

Boz qurd olub qorxmazlığı salsam, əgər ürəyimə,

Türkün gücün göstərərəm mən erməni köpəyinə.

***

İstəyirəm gedib görəm Qarabağım nə gündədi,

Axı, nəyə görə Şuşam bu gün namərd əlindədi?

Canım Laçın, gözüm Ağdam qayıtmaq həsrətindədi,

Bağışlamaz bizi Vətən, haqqı üzərimizdədi.

***

İstəyirəm şəhidlərin—ölməzlərin yolun gedəm,

Çox istərəm mən Fəridtək, Mübariztək cihad edəm,

Ermənini əllərimlə parçalayam, boğam, didəm,

Mənə xoşdur öz elimdə–Dağlıq Qarabağda öləm.

***

İstəyirəm heç görməyim anaların göz yaşını,

Eşitməsin qulaqlarım ürəklərin fəryadını.

Dayandırın, dayandırın erməni-türk savaşını,

İstəmirəm, saxlamasın atalar övlad yasını.

***

İstəyirəm biz bir olaq, Marağadan Dərbəndədək,

Hazır olaq, silahlanaq biz təpədən-dırnağadək,

Savaş vaxtı biz meydanda qalsaq, yenə də təkbətək,
Xocalını, Xocavəndi şücaətlə azad edək!

***

İstəyirəm sadə olsun, qoy yayılsın haqq səsimiz,

Nə Gülüstan, nə Türkmənçay? Bütöv olsun xəritəmiz.

Qan ağlayır Xarıbülbül, talanıbdı Xankəndimiz,

Azadlıqdı, ədalətdi bizim şüar-devizimiz.

***

İstəyirəm unudulub silinməsin tariximiz,

Ayaq üstə mətin duraq, bükülməsin dizlərimiz,
Müsəlmanıq, vardır bizim İslam adlı bir dinimiz,

Nəsillərə çatdırılsın şanlı, böyük salnaməmiz.

***

İstəyirəm azad ola bizim bütün torpağımız,
Günəş kimi parıldasın bu günümüz, sabahımız,

Cənnət adlı bir məkana dönsün bütün diyarımız,

Yox olmasın, puç olmasın ilqarımız, muradımız.
***

İstəyirəm yad əlində qalan mülkə sahib çıxaq,

Biz ATƏT-in Minsk qrupun daşa basaq,

İstəmirəm tarix boyu boş vədlərə çox aldanaq,

Məzlumluğun, köləliyin belini biz yerə vuraq!

***

İstəyirəm inşAllah Qarabağa ayaq basaq,

Qarabağın şikəstəsin dağ döşündə xor oxuyaq.

Sonra Dövlət himnimizi uca səslə oxuyaraq,

Azərbaycan Bayrağını Qarabağda biz ucaldaq!

Həmyerlimiz, Gəncə Pedaqoji Universitetinin III kurs tələbəsi Elmir Qarayev “Gənclərə yardım fondu”nun tələbələr arasında təşkil etdiyi şeir yarışmasında bu şeirinə görə I yeri tutmuşdur.