Zərdab Rayon Tarix-Diyarşünaslıq Muzeyində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı kompozisiya keçirildi. Muzeyin foyesində “Xocalı uşaqların gözü ilə” adlı sərgi nümayiş olundu. Tədbiri giriş sözü ilə muzeyin direktoru Şahnaz Mustafayeva açaraq bildirdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Tədbirdə muzeyin əməkdaşları Babayeva Maisə, Əliyeva Şəlalə Xocalı faciəsinə həsr olunmuş mühazirələrlə çıxış etdilər. 2 saylı məktəbin şagirdləri kompozisiya və faiciəyə həsr olunmuş rəsmləri ilə iştirak etdilər.












