Zərdabda Xocalı soyqırımı ilə bağlı rəsm müsabiqələri

0
35

Zərdab Rayon Gənclər və İdman İdarəsi    Zərdab Rayon Gənclər və İdman İdarəsinin, Rayon Təhsil Şöbəsi və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin birgə təşkilatcılığı ilə Xocalı faciəsinin 23-ci ildönümünə həsr edilmiş məktəblilər arsında “Xocalı faciəsini unutmuruq” mövzusunda inşa yazı və “Xocalı faciəsi XX əsrin dəhşətli və amansız soyqırımıdır” mövzusunda rəsm müsabiqələrinə yekun vurulub. Zərdab Rayon Gənclər və İdman İdarəsindən Zerdab.com saytına verilən məlumata görə, müsabiqəyə 60-a qədər inşa yazı işi və 25-ə yaxın rəsm işləri təqdim olunmuşdu. 26 fevral 2015-ci il tarixində rayonumuzda yerləşən Şəhidlərin xatirə parkında keciriləcək Xocalı faciəsinin 23-ci ildönümünə həsr edilmiş rayon tədbirində müsabiqəyə təqdim olunmuş əl işlərindən ibarət sərgi təşkil olunacaq.

Müsüflər heyyəti qalibləri aşağdakı kimi müəyyən edib.

Rəsm işləri üzrə
I yer
Məmmədli Selcan Uşaq İncəsənət Məktəbinin IV sinif şagirdi
II yer
İsayev Cavid İsaqbağı kənd tam orta məktəbin VIII sinif şagirdi
III yer
Həmidli Aydan Şıxbağı kənd tam orta məktəbin XI sinif şagirdi

İnşa yazı işləri üzrə
I yer
Abbaslı Gülxanım Salahlı kənd ümumi orta məktəbin VII sinif şagirdi
II yer
Qasımova Xanım Kəndəbil kənd tam orta məktəbin VII sinif şagirdi
III yer
Əhmədli Pərvin Şıxbağı kənd tam orta məktəbin XI sinif şagirdi

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

Zerdab.comZərdab Rayon Gənclər və İdman İdarəsiZərdab Rayon Gənclər və İdman İdarəsiZərdab Rayon Gənclər və İdman İdarəsiZərdab Rayon Gənclər və İdman İdarəsi