Əlvənd kəndində Novruzla əlaqədar şənlik keçirildi – FOTOLAR

0
150

Əlvənd kənd kitabxanası

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Əlvənd kənd kitabxana filialı , Kənd Mədəniyyət Evi, Əlvənd kənd tam orta məktəbi və kənd uşaq bağçası ilə birgə Novruz bayramı ilə əlaqədar bayram şənliyi təşkil etdi. Tədbirdə çıxış edən Əlvənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Rəşid Şərifov bütün tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramın mahiyyətindən, tarixi köklərindən, xalqımızın minilliklər boyu təcrübə əsasında formalaşmış iqtisadi həyatından bəhs etdi. Daha sonra  kitabxana filialının əməkdaşı Mahur Məmmədov Novruz bayramı ilə bağlı adət-ənənələr, ayin və mərasimlər, oyun və tamaşalar haqqında məlumat verdi. Tədbirdə çıxış edən Mərkəzi Kitabxananın əməkdaşı Gülnaz Məmmədova tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik etdi, belə gözəl bayram şənliyinin təşkilinə görə təşkilatçılarına öz səmimi minnətdarlığını bildirdi və gələcək işlərində uğurlar dilədi.

Məktəb şagirdlərindən Elton, İsmət, Azad, Coşqun, Əntiqə, Leyla, Cahan, Sevinc, Mehri və başqalarının söylədiyi şerlər, bayatılar, mahnılar və etdikləri rəqslər tədbirə daha da rəng qatdı.

Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Əlvənd kənd kitabxanasıƏlvənd kənd kitabxanasıƏlvənd kənd kitabxanasıƏlvənd kənd kitabxanası