Zərdablı Azərbaycan çempionu rayonumuzda məşqçiliyə başladı

1
51

Faiq Nuriyev-idmanCiu-citsu Şərq əlbəyaxa döyüş növlərindəndir. Qədim samuraylardan gələn bu döyüş növü indi təkcə Yaponiyada yox, bütün dünyada, o cümlədən Azərbaycanda da kifayət qədər məhşurlaşıb. Digər döyüş sənətləri ilə müqayisədə gənclərin bu idman növünə marağının daha çox olması da aydın müşahidə edilir.

Ciu-Citsu kəliməsinin hərfi mənası “yumşaq texnika” deməkdir.  Ciu-Citsu, döyüş növündən əlavə olaraq, həm də bir çox idman növlərinin əsasıdır. Məsələn, Aykido və Cüdo məhz ona əsaslanaraq yaradılıb. Qeyri- rəsmi olasa da “Sambo” da məhz Ciu-Citsu fəndlərindən formalaşdırılmış bir idman növüdür.

Hal-hazırda ölkəmizdədə bu döyüş növü idman zallarında tədris olunur və ənənəvi şəkildə ölkədaxili yarışlar keçirilir.

Bolge.info xəbər verir ki, bir neçə aydır  Zərdab rayonunda da məşqçi-müəllim Faiq Nuriyevin rəhbərliyi ilə ciu-citsu bölməsi fəaliyyətə başlayıb. Rayonda yeni olsa da, artıq bu idman növünə kifayət qədər maraq var.

Faiq Nuriyev  1993-cü il sərbəst güləş, 2002-ci il ciu-citsu üzrə Azərbaycan çempionudur.

Söhbət zamanı bir çox məqamlara diqqət yetirən Faiq muəllim diqqəti sözügedən idman növü sayəsində daha çox uşaqların düzgün formalaşmasına yönəltdi:

“Məqsədimiz gələcək üçün sağlam düşüncəli idmançılar yetişdirməkdir. İnanıram ki, görülən işlər boşa getməyəcək və tezliklə bizim idman məktəbinin yetirmələri də respublika və beynəlxalq səviyyəli yarışlarda yüksək səviyyədə çıxış edəcəklər”.Faiq NuriyevFaiq Nuriyev

1 comment

Comments are closed.