Zərdab rayonunda Avropa Oyunları ilə bağlı tədbir keçirildi

0
188

Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi Zərdab rayonunda Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Olimpiadada, Olimpiada Azərbaycanda” adlı layihə baş tutdu.

Layihənin əsas məqsədi ilk dəfə keçiriləcək Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini regionlarda təbliğ etmək, gənclərimizi beynəlxalq tədbirin ölkəmizə verəcəyi faydalar barəsində məlumatlandırmaq, Avropa Oyunları zamanı ölkəmizə gələn xarici qonaqlarla gənclərin ictimai davranış qaydalarına riayət etmələrinə yardımçı olmaq, Azərbaycanın olimpiya tarixi və cənab Prezidentimiz İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən bü günkü günədək ölkə idmanınin keçdiyi uğurlu yolları gənclərə çatdırmaqdır.

Tədbiri giriş sözü ilə Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin sədri Zamiq Mənafov açdı. Təlim iştirakçılarına mövzuya uyğun çap olunmuş bukletlər, üzərləri yazılmış köynəklər və papaqlar paylanıldı. Xüsusi hazırlanmış foto slayt vasitəsi ilə “Bakı 2015” Avropa Oyunları barədə ətraflı məlumatlar verən birliyin sədri Nicat Rəhimov gəncləri maraqlandıran digər sualları cavablandırdı. Tədbirdə işirak edən Zərdab Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev ölkəmizdə keçiriləcək “Bakı 2015” Avropa Oyunlarından və bu əlamətdar hadisənin əhəmiyyəti barədə gənclərin maarifləndirilməsinin vacibliyindən danışdı. Digər belə tədbirlərin Göyçay, İsmayıllı, Qəbələ rayonlarında və Şəki şəhərində keçirilməsi planlaşdırılır.

Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi2Region Gənclərinin İnkişafına Töhfə İctimai BirliyiRegion Gənclərinin İnkişafına Töhfə İctimai BirliyiRegion Gənclərinin İnkişafına Töhfə İctimai BirliyiRegion Gənclərinin İnkişafına Töhfə İctimai BirliyiRegion Gənclərinin İnkişafına Töhfə İctimai Birliyi