Zərdabın yetirməsi, ədliyyə polkovniki Nahid Xəlilov vəfat edib

6
68

Xəlilov Nahid Qabil oğlu 1955-ci ildə Zərdab rayonunun Körpükənd kəndində dünyaya göz açmışdı. Orta məktəbi başa vurduqdan sonra ali məktəbə daxil olmuş və uzun illər Azərbaycanın ədliyyə orqanlarında xidmət etmişdir. Elinə, obasına bağlı bir insan idi. Ədliyyə polkovniki rütbəsinə qədər yüksəlmişdir. Uzun illər 9, 2 və 17 saylı Cəza Çəkmə müəssisələrinin rəisi vəzifəsində çalışmışdır. Bir müddət öncə yaşla əlaqədar təqaüdə göndərilmişdi. Bakı şəhərində yaşayırdı. Bu günlərdə acı bir xəbər aldıq – Nahid Xəlilov vəfat etmişdir. 3 qızı, 1 oğlu var. Oğlu daxili işlər orqanlarında xidmət edir.

Nahid Xəlilovu tanıyanlara, onun yaxınlarına, doğmalarına başsağlığı verir, mərhuma Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun.

Zerdab.com

6 ŞƏRH

  1. Allah nahid dayiya rehmet etsin dogurdanda nahid muellim esil ziyyali esil insan idi.Butun insanllara elinden gelen komek edirdi hemise qaygisini esirgemirdi yasca menden boyuk olmasina baxmayaraq daime munasibetllerimiz olub bir boyuk kimi hemise mesllehtlerin bizlerden esirgemirdi .Dunen mene zeng gelende men donub yerimde qaldim cunki nahid dayinin olmune men inanmirdim cunki esil herbici idi hemde diqqetcil idi .Allah qabile sebir versin qabil nahid dayinin ogludur dogurdanda esil nahid dayinin yolunu davam eleyecek bir oguldur .Allahdan bu ayileye sebir dileyirem zerdabi yurdu daha bir ziyyalisini vetenperver bir insani itirdi…..

Comments are closed.