Mayın 10-da Zərdabda futbol çempionatının finalı olacaq – DƏVƏTLİSİNİZ

0
15

Zərdab rayonuYeni Azərbaycan Partiyası Zərdab Rayon Təşkilatının, Zərdab Rayon Gənclər və İdman İdarəsinin və Region Gənclərinin İnkişafına Töhfə İctimai Birliyinin birgə təşkilatçılığı ilə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş futbol idman növü üzrə Zərdab rayon çempionatının final mərhələsi keçiriləcək. Zərdab Rayon Gənclər və İdman İdarəsindən Zerdab.com saytına verilən məlumata görə, final oyunu 10 may 2015-ci il tarixdə saat 17:00-da Zərdab Rayon Mərkəzi stadionunda keçiriləcək. Final mərhələsində Polis və Xanməmmədli komandaları qarşılaşacaq. Zərdab Rayon Gənclər və İdman İdarəsi bütün azarkeşləri oyunu izləmək üçün stadiona dəvət edir.

Zerdab.com