Azərbaycanlı yazıçının kitabı İsveçdə nəşr olundu

0
165

Əzimə AğalarovaAlmaniyada yaşayan azərbaycanlı yazıçı-publisist Əzimə Ağalarovanın “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” adlı kitabı İsveçin nüfuzlu “Magnus Boktryckarna” nəşriyyatı tərəfindən çap olunub. Bu barədə Zerdab.com saytına yazıçı özü məlumat verib. Yazıçı İsveç Milli Kitabxanasından kitabın təqdimatı ilə bağlı rəsmi dəvət də alıb. Əzimə Ağalarova bildirib ki, bu ilin avqust ayının 27-də Stokholm şəhərində yenicə çapdan çıxmış kitabın təqdimat mərasiminin keçirilməsi planlaşdırılır: “Təqdimat mərasiminə İsveçdən 150-dək ziyalı, jurnalist dəvət olunub”.

Qeyd edək ki, Ağalarova Əzimə Xaspolad qızı 1959-cu ildə Zərdab rayonunda anadan olub. 1976-cı ildə Zərdab rayonu Ş. Qurbanov adına orta məktəbi bitirib. Həmin il Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universiteti) daxil olub. Əmək fəaliyyətinə 1984-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyində başlayıb. 1993-cü ilin dekabr ayından Almaniya Federativ Respublikasının Hamburq şəhərində yaşayır. Burada tərcüməçi kimi fəaliyyət göstərir. İngilis, fransız, alman, türk, rus dillərini bilir. Yazıçılıq fəaliyyətinə 2013-cü ildə başlayıb. Bir il ərzində iki kitabı nəşr olunub. “Gecələrdə gizli qaldım”, “Bakıdan Qahirəyə və Stokholma uzanan yol” adlı kitabların müəllifidir.

Zerdab.com