Nə olubdur sənə?!

0
78
Gültən Qədirli
Müəllif: Gültən Qədirli

Cənubi Azərbaycan şairinin şeir kitabına Şimali Azərbaycanın gənc yazarının baxışı

Sayman Aruzun kitabını əlimə alanda kitabın adı mənə çox qəribə, qəribə olduğu qədər də çox maraqlı gəldi. “Paltarlarım adamsızdir”. Bu kitabı oxumağa başladım. Kitabı əldə etdiyim gün evə gələndə yol boyu boş durmayıb vərəqlədim. İlk qarşılaşdığım şeir isə “Ana” şeiri oldu.

Ey qadın şəklində vətənim mənim!

Ətindən, qanından yarandı bədən.

Sonra bu ət-qana, qeyrət qatdılar,

Dağ oldu, daş oldu və oldu vətən.

Mənə görə şair bu şeirdə anaya vətən gözü ilə baxır və övladın həmin vətənin sahəsində böyüdüyünü demək istəyib.

Dost ilə gülüb-danışmağım olsaydı,

Söykənməyimə bir dayağım olsaydı.

Hərdən başıma vurur duram sərçə olam,

Çəh-çəh deməyə kiçik bağım olsaydı…

Şair bu şeirdə gülüb-danışmağa, söykənməyə, cəh-cəh vurmağa bağ istəyir.

Kitabda növbəti diqqətimi cəlb edən “Nə olubdur sənə?!” adlı şeir oldu.

Nə olubdur sənə?!

Bütün adlar səninlə başlayır.

Və boğazınla bütün adamlar səslənilir.

Buludların ipini burax,

Gecə qaranlıqdır,

Və hər insan, Yeni bir üsyan! – Bu şeirdə isə sanki kiməsə “nə olubdur sənə” sualı verilir. Bəndin sonunda hər bir insanın yeni bir üsyan olduğunu deyir şair.

Bu şeir kitabını oxuduqca şair Cənubi Azərbaycanlı olduğuna görə sanki mən də oranı səyahət edib qayıtdim. Amma mən bu şairi Cənubi Azərbaycanlı deyil, bütöv Azərbaycanlı hesab edirəm.