Vəhşi heyvanlar Zərdabda kəndə hücum etdilər

0
37

ZərdabZərdab rayonunda kəndə vəhşi heyvanların hücumu qeydə alınıb. Kənd sakinlərinin verdikləri xəbərə görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini Mustafa Əhmədovun fərdi təsərrüfatına hücum çəkən çaqqallar çoxlu sayda hinduşka və toyuq-cücəni, Fəridə Qasımovaya məxsus tövlədə isə 1 baş buzovu parçalayaraq tələf ediblər.

Yerli sakinlər Kür sahilində yerləşən Əlibəyli və ətraf  kəndlərdə tez-tez analoji hadisələrin baş verdiyini bildirirlər. Sakinlər bu cür halların qarşısını almaqda aciz olduqlarını deyiblər.