Rəhman Feyzullayev: Zərdabda 9 məktəbin, 8 tibb ocağının divarı çatlayıb

0
199

zelzeleBu günlərdə baş verən zəlzələ nəticəsində Zərdab rayonunda tikililərə ziyan dəyib. Zərdab Rayon İcra Hakimiyyətinin birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Rəhman Feyzullayevin verdiyi xəbərə görə, zəlzələdən sonra rayondakı bir çox fərdi yaşayış evinin, 9 məktəb binasının, 7 uşaq bağçasının və 8 tibb ocağının inzibati binalarının divarlarında çatlar əmələ gəlib, 50 metrlik su xətti isə sıradan çıxıb. R. Feyzullayev hazırda həmin yerlərə baxış keçirildiyini və dəymiş ziyanla bağlı araşdırmalar aparıldığını deyib.

Fotoları Zerdab.com saytına göndərdi: Şahin Ələsgərov.

zelzele2zelzele