Zərdabdan ali məktəblərə repetitorsuz qəbul oldular

5
59

TələbəƏsərləri dünyanın bir çox dillərinə tərcümə olunmuş və böyük oxucu rəğbəti qazanmış Çingiz Abdullayev yazır: “Əsas mükafat uğrunda mübarizədə heç bir qayda olmamalıdır ” . Və mən sevimli yazıçımın bu fikrini (burada “mükafat” sözü məqsədə çatmaq mənasında işlədilir – T.A.) tam dəstəkləyirəm. Düşünürəm ki, əsas mükafatı əldə etmək üçün hər kəs öz imkanı daxilində, öz bacarığı çərçivəsində mübarizə aparmalıdır. Bax, o zaman əsl həqiqət üzə çıxır…

Bir anlığa günümüzün reallıqlarına nəzər salaq. İndi tələbə adını qazanmaq istəyənlərin böyük əksəriyyəti ya hazırlıq kurslarına, ya da repetitor yanına gedirlər. Amma çox az təsadüf olunsa da elə şagirdlər də var ki , onlar hazırlıq kurslarına, müəllim yanına getmədən də tələbə adını qazanmağa nail olurlar . Həmin yeniyetmə gənclərin əsas stimulu , bəhrələndiyi ən böyük qüvvə məhz özlərinin potensial enerjisidir. Ola bilər, bu sıraya daxil olan yeniyetmə gənclərimizdən kiminsə ailə vəziyyəti , maddi durumu qənaətbəxş olmasın . Amma bu, bizə əsas vermir deyək ki , öz gücünə qəbul olunmuş oğlan və qızlar ancaq ailə durumu zəif olduğu üçün  gecə-gündüz oxuyub , öyrənib ali məktəbə daxil olublar . Mən bu fikirdəyəm ki , onlar öz gücünə daha çox arxalandığı , güvəndiyi üçün universitetlərə daxil ola biliblər . Və beləliklə , rayon təhsil şöbəsinin əməkdaşlarından hörmətli Gülayə xanımın və hörmətli Mübariz müəllimin dəstəyi və köməklikləri ilə müəyyənləşdirdiyim bu dəyərli , hər birisinin cəmi 17 yaşı olan gənclərimizi böyük fəxrlə oxucularımıza təqdim edirəm:

Cəbrayılov Simral Seyran oğlu – Azərbaycan Tibb Universiteti. Şıxbağı kənd tam orta məktəbinin ən nümunəvi və istedadlı şagirdlərindən olan Simral öz bilik və bacarığı ilə həm valideynlərini, həm də müəllimlərini sevindirdi. Məktəbin builki məzunu olan Simral 565 balla Tibb Universitetinin müalicə işi fakültəsinə daxil oldu.

Həmidli Aydan Həmid qızı – Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Aydan da Şıxbağı kənd tam orta məktəbini 2015-ci ildə uğurla bitirərək ali məktəblərə qəbul imtahanlarında 291 bal toplamış və muzeyşünaslıq fakültəsinin tələbəsi adını qazanmışdır .

Əlizadə Yasin Natiq oğlu – Mingəçevir Dövlət Texnologiya  Universiteti. Bıçaqçı kənd tam orta məktəbinin məzunu olan 17 yaşlı Yasin qəbul imtahanlarında 349 bal yığaraq universitetin iqtisadiyyat fakültəsinə daxil ola bildi.

Qədirli Ulduz Rasim qızı-Gəncə Dövlət Universiteti. Bıçaqçı kənd tam orta məktəbinin 2015-ci il məzunu Ulduz da 303 balla universitetin coğrafiya fakültəsinə düşdü .

Dövlətxanlı Vüsalə Habil qızı – “Odlar Yurdu” Universiteti. Alıcanlı kənd tam orta məktəbinin builki məzunlarından biri olan Vüsalə 215 balla universitetin filologiya fakültəsini qazandı .

Bədəlov Rəhim Rəhman oğlu – Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Rəhim 21 sentyabr 1998-ci ildə Dəli Quşçuda doğulmuş və həmin kənd məktəbini bitirmişdir. Attestat balı yüksək olduğu və qabiliyyət sınaqlarını bacarıqla verdiyi üçün Akademiyaya imtahansız daxil oldu.

…Bir neçə gün keçəcək. Dərslər başlanacaq. Siz tələbəlik illərinin də hər anını düzgün dəyərləndirməyi bacaracaqsınız. Sonunda öz gücünüzə qazandığınız universitetlər sizə əsl mütəxəssis diplomu təqdim edəcəklər. O zaman təkcə savadınızla deyil, həm dünyagörüşünüzlə, həm də iradənizlə başqalarına nümunə olacaqsınız.

Allah sizi qorusun!

Tərlan Abdullayeva, “Əkinçi”nin müxbiri.

TələbəTələbəTələbəTələbəTələbə

5 ŞƏRH

  1. Halal olsun Sizə əziz bacı-qardaşlarım. Sizinlə qürur duydum. Fəxr etdim ki, Zərdabımızın belə zəkalı, zəhmətkeş, parlaq gələcəkli övladları var. TANRI daim köməyinizdə olsun, zəhmətiniz heç zaman hədər getməsin. İnşALLAH təhsilinizi bitirib, rayonumuza, xalqımıza öz töhfələrinizi verərsiniz.Müvəffəqiyyətlər və can sağlığı arzulayıram. Dərin hörmət və təşəkkürümü Sizlərə bildirirəm.

  2. “Əkinçi ” qəzetinin istedadlı yazarlarına hörmət və ehtiramımızı bildiririk.

  3. Yazıdan belə görünür ki,şagirdlərin ali məktəblərə daxil olmaları,onların repititor yanına getməyi ilə müəyyənləşir.Cənablar siz diqqət etsəniz görərsiniz ki,əvvəla repetitorlar istedadlı şagirdlərlə məşgul olurlar.İkincisi bir repitotrun yanına 20 şagird gedir və ondan ən yaxşı halda 5-i ali məktəbə daxil olur.Amma elə orta məktəbdə 20 şagirdi olan bir sinifdən 15 nəfərinin ali məktəbə daxil olduğu da olub(repetitorsuz).
    Mən repititorların rolunun belə şişirdilməsinin tam əleyhinəyəm.Ali məktəbə daxil olanları repititorların ayağına yazırlar.Bildiyimiz kimi orta məktəbi bitirən şagirdlərin ,demək olar ki,hamısı repititor yanına gedir.Bəs onda qəbul olmayanlar niyə həmin repititorların ayağına yox məktəbin ayağına yazılır?!

Comments are closed.