Zərdabın təhsil və səhiyyə işçilərindən Jalə Əliyevaya böyük dəstək

0
56

Zerdab92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizəd Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir. Namizəd bu dəfə Zərdab şəhər mədəniyyət evində təhsil və səhiyyə, eyni zamanda suvarma sistemleri kollektivləri ilə izdihamlı və coşqulu görüş keçirib.

Görüşdə çıxış edən Jalə Əliyeva Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı işlərdən söz açıb.

“Ölkədə müşahidə olunan sürətli inkişaf prosesi vətədaşların qarşısında geniş imkanlar açır və hər bir Azərbaycan vətəndaşı, o cümlədən zərdablılar bu inkişafı öz gündəlik həyatlarında hiss edirlər. Azərbaycanda təhsil və səhiyyə sahəsinə böyük diqqət ayrılır və bu sahələrin daha da inkişafı dövlətin əsas prioritetlərindəndir”.

Çıxış edən namizədin vəkilləri “Əkinçi” qəzetinin baş redaktoru İsaməddin Əhmədov, mədəniyyət işçiləri Mübariz Səfiyaroğlu və Eynurə Məmmədva Jalə Əliyevanın deputatlıq fəaliyyətindən söz açaraq, onun daima seçicilərinin yanında olduğunu, problemləri və qayğıları ilə yaxından maraqlandığını ifadə ediblər. Daha sonra Jalə Əliyevanın deputatlıq fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.

Görüş iştirakçıları hesabat xarakterli video-çarxda Jalə Əliyevanın rayonda yeni məktəblərin tikilməsi, köhnələrinin əsaslı təmiri, rayon mərkəzi xəstəxanasının bərpası, su və kanalizasiya çəkilişi işlərinin sürətləndirilməsi ilə bağlı Milli Məclisin iclasında dəfələrlə qaldırdığı məsələlərin və hökumətə etdiyi müraciətlərin böyük əksəriyyətinin öz həllini tapmasına şahidlik ediblər. Jalə Əliyeva tərəfindən Milli Məclisdə müəllim və həkimlərin məvaciblərinin artırılması, onlara güzəştli ipotekaların şamil edilmısi və bir sıra digər mühüm məsələlərlə bağlı təkliflərin səsləndirilməsini minnətdarlıqla qarşılayıblar.

Görüşdə çıxış edən seçicilər millət vəkilinin fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq yenidən ona etimad göstərəcəklərini, səs verəcəklərini deyiblər.ZərdabZerdabZerdabZerdabZerdab