Jalə Əliyeva Zərdab şəhərində seçicilərlə görüşdü

0
34

Zerdab92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatlığa namizədJalə Əliyeva seçicilər ilə görüşlərini davam etdirir. Namizədin seçki qərargahının mətbuat xidmətindən verilən xəbərə görə, Jalə Əliyevanın bu dəfə Zərdab  şəhər Mədəniyyət Evində mədəniyyət işçiləri, müxtəlif idarə və təşkilatların kollektivi ilə görüşü baş tutub. Seçicilər qarşısında çıxış edən J.Əliyeva qeyd edib ki, ölkəmizdə prezident İlham Əliyevin rəhbərliyi altında genişmiqyaslı inkişaf strategiyası həyata keçirilir və bu strategiya hər ötən gün Azərbaycanın dünyadakı siyasi və iqtisadi qüdrətini artırır. O, bildirib ki, millət vəkili kimi fəaliyyətində daima seçiciləri narahat edən məsələlərə xüsusi həssaslıqla yanaşıb, onların həlli üçün bütün addımları atıb.

Daha Jalə Əliyevanın fəaliyyətində bəhs edən videoçarx nümayiş olunub. Videoçarx görüş iştirakçılarının böyük marağına səbəb olub. Xüsusilə mədəniyyət sahəsinin inkişafı, bu sahədə çalışanların əmək haqlarının yüksəldilməsi və rayonda yerləşən mədəniyyət evlərinin təmir edilməsi ilə bağlı Jalə Əliyevanın Milli Məclisdə irəli sürdüyü təkliflər seçicilər tərəfindən alqışlarla qarşılanıb.

Çıxış edən rayon sakini Telman İsmayılov Əliyevanın əsl ziyalı, el-obası üçün ürəkdən çalışan Azərbaycan qızı, dövlətə və dövlətçiliyə sadiq bir insan olduğunu deyib.

Sonda seçicilər 1 noyabr Milli Məclisə seçkilərdə aktiv iştirak edəcəklərini və seçimlərinin birmənalı olaraq Jalə Əliyeva olacağını qeyd ediblər.

ZerdabZerdab2Zerdab3Zerdab1