Zərdabda gənc qadının meyiti Kürdən tapıldı

0
63

Zərdab rayon sakininin itkin düşməsi barədə məlumat vermişdik. Bildirmişdik ki, rayonun Əlvənd kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Daşqın qızı Qasımova noyabrın 6-da saat 13 radələrində evdən çıxıb və geri qayıtmayıb. Onun evdən getməsindən xəbər tutan həyat yoldaşı Məhəbbət Qiyami oğlu Qasımov DİN-in “102” “qaynar xətti”nə və Zərdab Rayon Polis Şöbəsinə müraciət etmişdi. Zərdab Rayon Polis Şöbəsindən isə bildirmişdilər ki, qadının itkin düşməsi ilə əlaqədər əməliyyat-axtarış qrupu yaradılıb, axtarışlar davam etdirilir.

10 aylıq körpəsi olan qadının aqibəti ilə bağlı Daxili İşlər Nazirliyi açıqlama yayıb. Həmin açıqlamanı təqdim edirik: “Noyabrın 6-da Zərdab rayonunun Əlvənd kəndində yaşayan Aynur Qasımova evdən çıxıb, geri qayıtmayıb. Noyabrın 16-da onun meyiti Kür çayının Otmanoba kəndinin ərazisindən keçən hissəsində tapılıb. Faktla əlaqədar cinayət işi başlanın, rayon prokurorluğunda araşdırma aparılır”.