Zərdabın deputatı Milli Məclisdə Komitə sədrinin müavini oldu

0
156

Milli Məclisin (MM) Komitə sədrlərinin müavinləri təsdiqlənib. Bununla bağlı MM-in plenar iclasına daxil olan qanun layihəsində məlumat verilib. Zerdab.com saytına verilən məlumata görə, 92 saylı Zərdab-Ucar seçki dairəsindən millət vəkili Jalə Əliyeva Milli Məclisin Mədəniyyət komitəsinin yeni sədr müavini seçilib. Qeyd edək ki, Jalə Əliyeva Mədəniyyət komitəsində sədr müavini kimi Rafael Hüseynovu əvəzləyib.
Dəyərli millət vəkilimizi bu münasibətlə təbrik edir, ona bu məsuliyyətli işində uğurlar arzulayırıq.

Zerdab.com