Azərbaycanın tanınmış şairəsi Nurəngiz Günün vəfatının ildönümü qeyd olundu – FOTOLAR

0
89

Nurəngiz GünAzərbaycanın tanınmış şairəsi Nurəngiz Günün vəfatının ildönümünə həsr edilmiş “Darıxmışam ana…” adlı ədəbi-bədii gecə keçirildi.

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə əvvəlcə Nurəngiz Günün həyat və fəaliyyətini, özünün ifasında səslənən şeirləri, keçirdiyi görüşləri və çıxışları əks etdirən videoçarx nümayiş etdirildi.Nurəngiz Gün

Akademik Teymur Kərimli yaradıcılığında ülvi hislər tərənnüm olunan Nurəngiz Günün həyata, insanlara tükənməz sevgisindən söhbət açdı.Nəriman Həsənzadə

Xalq Şairi Nəriman Həsənzadə Nurəngiz Günün uzun illər bir diktor olaraq məlahətli səsi ilə efirdən insanların qəlbinə yol tapdığı kimi, poeziyası ilə də qəlblərə hakim kəsildiyini bildirdi.Anar Rzayev

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq Yazıçısı Anar onu XX əsrin 70-ci illər ədəbi mühitinin yetirməsi, özünəməxsus dəsti-xətti, yolu olan, şeirlərində səmimiliyi, ideya aydınlığı ilə seçilən xanım qələm sahibi kimi xarakterizə etdi.Nurəngiz Gün

Nurəngiz Günün tədqiqatçısı, şair-ədəbiyyatşünas Bahar Bərdəli şairin özünəməxsus yaradıcılıq yolundan danışdı. Bildirdi ki, ədəbiyyata nəsrlə gələn Nurəngiz Günün 1981-ci ildə “Ulduz” jurnalında çap olunan “Tanı bəşər övladıdır” povesti onu tez bir zamanda ədəbi mühitə tanıdıb. Onun qələmə sarılaraq xalqımızın başına gətirilən faciələrə ürək ağrısı ilə silsilə şeirlər həsr etdiyini vurğuladı.

Bahar Bərdəli Azərbaycan poeziyasının Məhsəti Gəncəvidən başlayan qadın şairlər pleyadasına yüksəlməyi bacaran Nurəngiz Gün poeziyasının bənzərsizliyindən söz açdı.Vaqif Yusifli

Nurəngiz Günün Azərbaycan ədəbi fikir tarixindəki mövqeyindən, ədəbiyyatımıza verdiyi töhfələrdən danışan filologiya elmləri doktoru Vaqif Yusifli vurğuladı ki, o, cənubla bağlı yazdığı şeirlərində kədərini ifadə etmək üçün istənilən qədər orijinal təşbeh, metaforalar işlədib. O, bir qadın yazar kimi sevgidən yazanda daha çox həssas, emosional, kişi yazarlara nisbətən daha səmimi olub. XX əsr qadınının ürək dünyasını tədqiq edənlərə Nurəngiz Günün şeirlərini oxumağı tövsiyə edən natiq onun sərbəst şeirdə öz potensial imkanlarından kifayət qədər istifadə etdiyini bildirdi.

Vaqif Yusifli vurğuladı ki, Nurəngiz Günün şeirləri Tanrıya edilən dualar kimi sirayətedicidir. Onun yaradıcılığındakı ana obrazı tamamilə yenidir. Yenilik isə ondadır ki, o, anaların hiss və duyğularını özü yaşayaraq şeirə gətirib.Nurəngiz Gün

Tədbirdə incəsənət ustaları Nurəngiz Günün haqqında yazılan şeirləri və yaradıcılığı barədə deyilmiş dəyərli fikirləri səsləndirdilər. Gənc aktrisa Rada Nəsibova səhnədə şairin qızı Jalə Əliyevanın daxili dünyasını canlandırdı.Xeyal RzaGecədə Nurəngiz Günə həsr edilmiş “Bir bənd şeir” müsabiqəsinin qalibi Şəfiqə Şəfaya AYB adından diplom təqdim olundu.Jale Eliyeva

Sonda təşkilatçılara və iştirakçıları minnətdarlığını bildirən Milli Məclisin 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputatı Jalə Əliyeva Azərbaycanda yaradıcı insanlara göstərilən diqqət və qayğıdan söz açdı. O, Nurəngiz Gün haqqında danışmağın onun üçün çətin olduğunu söylədi. Nurəngiz Gün yaradıcılığının hər zaman poeziyasevərlərin diqqət mərkəzində olacağını vurğuladı.Jale EliyevaNurəngiz Gün4Jale EliyevaNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünDSC_0019Nurengiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurəngiz GünNurengiz GünNurəngiz GünNurengiz GünFotolar Zerdab.com saytına məxsusdur.