Buraxılış imtahanlarında 60 test tapşırığı veriləcək

1
58

TQDK iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçiriləcək. www.zerdab.com saytının məlumatına görə, bu barədə TQDK-nın mətbuat xidmətindən məlumat verilib. İlk buraxılış imtahanı iyunun 2-si və 3-də Bakıda olacaq. Eyni gün Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba və Qusar və Xaçmaz rayonlarında rus bölməsi şagirdləri də imtahan verəcəklər.
11-ci sinif şagirdləri imtahana buraxılış vəsiqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini, 9-cu sinif şagirdləri imtahana buraxılış vəsiqəsini, təhsil müəssisəsindən verilmiş arayışı gətirməlidirlər.
Buraxılış imtahanının qaydalarına görə, buraxılış imtahanı ana dili və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı verilir.

1 comment

Comments are closed.