Körpükənd

0
156
Körpükənd

Salam. Sizi Ağsu rayonunun Bico kəndindən narahat edirik. Bizim kəndimizdə İmaməliyev Pəncalı adlı bir müəllim-şair var. Onun sizin Zərdab rayonunun Körpükənd kəndinə həsr etdiyi bir şeir var. İstəyirik ki, saytınız və səhifəniz vasitəsi ilə həmin şeri zərdablılara ərməğan edəsiniz. Həmin şeiri sizə göndəririk.

Zerdab.com saytı olaraq, biz də zərdablılar adından hörmətli Pəncalı müəllimə dərin minnətdarlığımızı bildirir, ona cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və həmin şeiri oxucularımıza təqdim edirik.

Körpü kənd

Körpükənd deyəndə sakit axan Kür,

Qəlbimdə kükrəyib daşmaq istəyir.

Sahildə boylanan salxım söyüdlər,

Uca zirvələri aşmaq istəyir.

***

Körpükənd deyəndə qızaran günəş,

Astaca-astaca çıxmaq istəyir.

Quşların gözəli qırqovul, turac,

Şirin mahnı deyib uçmaq istəyir.

***

Körpükənd deyəndə bağçalar-bağlar,

Al-əvan geyinib durmaq istəyir.

Bənövşə, qızılgül birdə qərənfil,

Ətrini çəmənə yaymaq istəyir.

***

Körpükənd deyəndə çöldə, çəməndə,

Gözümün önündən keçmək istəyir.

Ceyranlar, cüyürlər yollar boyunca,

Arandan yaylağa köçmək istəyir.

***

Körpükənd deyəndə sonalı göllər,

Sonasın axtarıb seçmək istəyir.

Mehriban qardaşlar, vəfalı dostlar,

Sədaqət andını içmək istəyir.

***

Körpükənd deyəndə Feyruz müəllim,

Dərin xəyallara dalmaq istəyir.

Qalxıb yaylaqlara, buz bulaqlara,

Xınalı kəkliyə baxmaq istəyir.

***

Körpükənd deyəndə şair Pəncalı,

Şəninə bir şeir düzmək istəyir.

Qaragöz laçın tək hələ bir zaman,

Havada dövr edib süzmək istəyir.

Pəncalı İmaməliyev (Bico)