Zərdabda bir ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb

0
69

Ötən ay Ağcabədi rayonunda Kür çayında batan şəxsin meyiti aşkarlanıb. Ağcabədi rayonunun Yastı yol adlanan ərazisində Kür çayında boğulan Laçın rayonundan olan məcburi köçkün, 1974-cü il təvəllüdlü Kərimov Qiyas İdris oğlunun meyiti batdığı yerə yaxın ərazidə aşkarlanıb. Q. Kərimovun yaxınlarının verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Qiyas İdris oğlu Kərimovun bu il yanvarın 19-da Ağcabədi rayon ərazisindən Kür çayını keçərək Zərdab rayonuna çörək almağa getdiyi, geri qayıdarkən mindiyi qayığın suda çevrilməsi nəticəsində boğulduğu xəbəri yayılmışdı.