Zərdabda bir həftədə üçüncü intihar – CAMAAT ŞOKDA

0
53

Dünən Zərdab rayonunda özünü güllələyən şəxs Bakıya gətirilib. Lent.az-ın məlumatına görə, Şahhüseynli kəndində sifət nahiyəsindən atəş açaraq intihar edən 23 yaşlı Rahim Əhmədli Respublika Kliniki Xəstəxanasına gətirilib. Burada ilkin müayinədən sonra həkimlər onun daha ixtisaslaşmış xəstəxanaya göndərilməsini məsləhət biliblər.

Bildirilir ki, R.Əhmədlinin atası xeyli müddətdir ki, xəstədir. Onun özü də ürəyindəki problemlərlə əlaqədar müalicə olunurmuş və bu səbəbdən hərbi xidmətə də yola düşməyib.

İntihar cəhdinin baş vermə şəraitinə gəldikdə isə, R.Əhmədli tüfəngin lüləsini ağızına soxaraq atəş açıb. Xoşbəxtlikdən patrondan çıxan qırmalar onun beyni istiqamətinə deyil, sol yanağına yönəlib və sifətini deşərək çölə çıxıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu hadisə Zərdabda martın 4-dən bəri 3-cü intihar faktıdır.