Zərdabdakı intiharın təfərrüatları məlum olub

0
58
 Zərdab rayonunda intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə rayonun Məlikli kəndində qeydə alınıb. Kənd sakini, 1963-cü il təvəllüdlü  Yaşar Müzlü oğlu Həsənov özünü yaşadığı evin həyətindəki tövlədə asaraq intihar edib.

Məlikli kənd sakininin bildirdiyinə görə, mərhum əvvəllər Sarıqaya kənd məktəbində rus dili müəllimi işləyib: “Daha sonra o, ixtisasını ədəbiyyat müəllimliyinə dəyişdi. Ancaq 6 il idi ki, işləmirdi.

Məktəbdən səhhətinə görə çıxmışdı. Daha sonra onun səhhətindəki problemlər daha da dərinləşdi və onun psixoloji problemləri yarandı. Son vaxtlar isə psixologiyası təmiz pozulmuşdu. Onun bu səbəbdən intihar etdiyi ehtimal edilir”.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.