Zərdab sakini xalası oğluna çəkiclə ağır xəsarət yetirib

0
46

Zərdab rayon sakini xalası oğluna çəkiclə ağır xəsarət yetirib. Hadisə bu gün rayonun Məmmədqasımlı kəndində baş verib. Kənd sakini Elnur Valeh oğlu Ağamaliyev xalası oğlu, 1983-cü il təvəllüdlü Maksim Atabala oğlu Müzəffərova aralarında baş vermiş münaqişə zəminində bir neçə dəfə çəkiclə zərbə endirib. Yaralı təcili olaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildiriblər ki, ağır vəziyyətdə cərrahiyə şöbəsinə çatdırılan yaralıya ilkin yardım göstərildikdən sonra o, tomoqrafiya üçün ən yaxın şəhər olan Mingəçevirə göndərilib. Zərdab Rayon Polis Şöbəsindən hələlik hadisə ilə bağlı saxlanılan olmadığı deyilib. APA