Həsən bəy Zərdabi Muzeyində tədbir keçirilib

0
50


Zərdab Rayon Həsən bəy Zərdabi Muzeyində Həsən bəy Zərdabinin ömür gün yoldaşı Hənifə xanım Məlikovanın doğum gününə həsr olunmuş “Bir qadının həyat tarixçəsi” adlı tədbir keçirilib. Muzeydən Zerdab.com-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan muzeyin direktoru Vəfa Bayramova Hənifə xanımın həyat və fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, Hənifə xanım Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olmuşdur.

Yaşadığı həyat bəzən təqiblərlə dolu olsa da, Hənifə xanım heç vaxt mübarizədən geri çəkilməmişdi.  Hənifə xanım deyirdi: həyatının mənası-avam kütlənin, xüsusəndə qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır.

Tədbirin sonunda tədbir iştirakçıları muzeydə təşkil olunmuş multikulturalizm ilə bağlı sərgi ilə tanış olublar.

Vəfa Bayramova