“İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi iftar verib

0
199
“İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyi üzv şirkətlərinin nümayəndələrinə ənənəvi iftar proqramı təşkil edib.
 Zerdab.com-a verilən məlumata görə, tədbirin aparıcısı İctimai Birliyin üzvü, “Azərbaycan Keyfiyyət Assosiasiyası”nın rəhbəri Samir Novruzlu birliyin məqsəd və məramı haqqında qonaqlara geniş məlumat verib.
 İctimai Birliyin İdarə Heyətinin sədr müavini Taleh Məmmədov qonaqları salamlayaraq birliyin qurulması və fəaliyyəti haqqında geniş məlumat verərək qeyd edib ki, İctimai Birliyin qurulmasından 3 il keçməsinə baxmayaraq, 100-dən çox şirkəti özündə birləşdirir və bu üzvlərin sayı ildən-ilə artmaqdadır.
 Birliyin İdarə heyətinin üzvü və “Pərakəndə Satış Assosiasiyası”nın rəhbəri Mədəd Rüstəmov isə öz çıxışında iqtisadiyyatda kiçik və orta sahibkarlığın önəmindən danışaraq bu sahəyə xüsusi diqqətin ayrılmasının vacibliyini qeyd edib.
 Proqramın sonunda bəzi üzvlər müxtəlif nominasiyalar üzrə Təşəkkürnamələr ilə təltif olunublar. 
 Tədbir konsert proqramı ilə davam edib.

“İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin baş katibi, həmyerlimiz Səxavət Kərimov
“İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyinin baş katibi, həmyerlimiz Səxavət Kərimov