Zərdabda dəhşətli yol qəzası baş verib: ölən və yaralanan var – FOTOLAR

0
51

Zərdabda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zerdab.com saytının APA-ya istinadən verdiyi xəbərə görə, hadisə bu gün axşam saatlarında rayonun giriş qapısında, dördyol adlanan hissəsində qeydə alınıb.

Zərdab rayon sakini Mirəli Əli oğlu Yahyayevin idarə etdiyi “VAZ 21011” markalı minik maşını ilə rayon polis şöbəsinə məxsus “Qazel” markalı maşın toqquşub.

Nəticədə VAZ markalı minik maşının sürücüsü hadisə yerində ölüb. Qəza nəticəsində yol, 1 saatdan artıq müddətdə bağlı qalıb. Hazırda hüquq mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Zerdab.com saytı rayon sakini Coşqun Abdullayevin hadisə yerindən çəkdiyi fotoları təqdim edir.

Zerdab.comyol qəzasi1yol qəzasi2