Zərdabın Gəlmə kəndində 11 məzundan 9-u universitetə qəbul oldu – SİYAHI

0
52

 

Ali məktəblərə keçirilən qəbul imtahanlarında Zərdab rayonu ən yüksək nəticə göstərənlərdən biri də M. F. Axundov adına Gəlmə kənd tam orta məktəbi olub. Bu barədə Zerdab.com saytı məlumat yayıb. Məktəbin direktoru Gülağa İsgəndərov sayta bildirib ki, bu il Gəlmə kənd orta məktəbindən 11 şagird məzun olub: “Həmin məzunlardan 9 nəfəri müxtəlif ali məktəblərə daxil olub”. Zerdab.com saytı bu il Zərdab rayonunun Gəlmə kənd tam orta məktəbindən ali məktəbə qəbul olan məzunların siyahısını təqdim edir:

  1. Ələkbərov Elvin – Qafqaz Universiteti Maliyyə fakültəsi.
  2. Səfərəliyev Qismət – Azərbaycan Dövlət Neft Akademiyası.
  3. Heydərzadə Arzu – Sumqayıt Dövlət Universiteti.
  4. Əhədov Tenad – Azərbaycan Dövlət Rəssamlıq Akademiyası.
  5. Xəlilova Xalidə – Müəllimlər İnstitutu.
  6. Cəbrailzadə Samirə – Slavyan Univerisiteti.
  7. Əhədli Natiq – Azərbaycan Texniki Universiteti.
  8. Nurəddinli Nurəddin – Bakı Dövlət Universiteti.
  9. Qocayev Aydın – Gürcüstan Texniki Universiteti.

Sonda qeyd edək ki, Gəlmə kənd orta məktəbi təkcə Zərdab rayonu üzrə deyil, respublika üzrə nümunəvi təhsil ocaqlarındandır. Hər il qəbul imtahanlarında bu məktəbin məzunları yüksək nəticə göstərirlər.

Məlumat üçün bildirək ki, Azərbaycan Prezidentinin 20 iyun 2012-ci il tarixli sərəncamı ilə Zərdab rayonu Gəlmə kənd tam orta məktəbi 2011-2012-ci tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

Gülağa İsgəndərov
Məktəbin direktoru Gülağa İsgəndərov

Məktəbin bu uğurlarında heç şübhəsiz direktor Gülağa İsgəndərovun böyük xidmətləri var.gəlmə kənd orta məktəbi

Zerdab.com