Zərdab rayon Mərkəzi Kitabxanasında “Gözləri yol çəkən torpağım” adlı tədbir keçirilib

0
169

Zərdab rayon Mərkəzi Kitabxanasında Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğalı gününə həsr edilmiş “Gözləri yol çəkən torpağım” adlı ədəbi-bədii kompazisiya keçirilib. Bu barədə Zerdab.com saytına kitabxanadan məlumat verilib. Tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Nailə Əliyeva rayonlarımızın işğal tarixi haqqında ətraflı məlumat verib. Kitabxananın metodika və  biblioqrafiya şöbəsinin baş biblioqrafı Bahar Fətəliyeva da Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğalından söhbət açdı. Tədbir  kitabxananın fəal oxucularının hazırladıqları ədəbi-bədii kompazisiya ilə davam etdirilib.

 Zerdab.com

kitabxana kitabxanakitabxanakitabxanakitabxana