Zərdab Rayon Mədəniyyət Mərkəzində 18 sentyabr – Milli Musiqi Gününə həsr olunmuş “Azərbaycan musiqisi və mədəniyyəti öz inkişaf zirvəsinə görə Üzeyir bəy Hacıbəyova borcludur” adlı tədbir keçirilib. Tədbirin aparıcısı – Kəndəbil kənd Folklor evinin direktoru, həvəskar şair Bəylər Abdullayev Azərbaycanın musiqinin tarixindən, Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından söhbət açıb. Çıxış edən digər əməkdaşlar Azərbaycan muğamı, aşıq sənəti, bəstəkar mahnılarından söz açıb, musiqi xəzinəmizin zənginliyindən bəhs ediblər. Daha sonra yerli musiqiçilərin ifasında rəngarəng mahnılar səsləndirilib.
Zerdab.com














