“Gəncliyə Dəstək” İctimai Birliyi (İB) 2006-cı ilin noyabr ayında fəaliyyətə başlayıb, 2007-ci ilin iyul ayında isə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas missiyalarından biri də fəal gəncləri özündə cəmləşdirmək və mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsində onlara yardımçı olmaqdır. 2010 və 2011-ci ildə birlik müxtəlik layihələri gerçəkləşdirə bilib. Bunlardan biri regionlarda gənclərin məşğulluğunun təmin edilməsi, işsiz və iş axtaxan gənclərin sahibkarlıq fəaliyyətinə, kiçik biznes və fermer təsərrüfatı ilə məşğul olmalarına şərait yaradılmasına dəstək verilməsi idi. Bu layihə ilə əlaqədar keçirilən təlimlərdə iştirakçılar bank və kredit təşkilatları ilə iş, biznes-planın tərtibi, biznesin qeydiyyatı, sosial ödəmələr və vergilər mövzusunda maarifləndiriliblər. Tədbirlər Zərdab, Ağcabədi, Beyləqan, Ucar rayonlarında gerçəkləşdirilib və təlimin qiymətləndirilməsi, nəticələrin elan olunması, sertifikatların təqdim edilməsi ilə yekunlaşıb.
2011-ci il oktyabrın 15-də “Gəncliyə Dəstək” İctimai Birliyi daha bir uğurlu layihəyə start verib. Layihə Prezident yanında Qeyri Hökumət Təşkilatların Dövlət Dəstəyi tərəfindən maliyyələşdirilib. Məqsəd “Hər evə bir bayraq” şüarı altında Azərbaycanın milli ideologiyasının əsasını təşkil edən prinsiplərin, dövlət rəmzlərinin gənclər arasında təbliği və aşılanmasıdır. Bütün bu və digər layihə və tədbirlər haqqında qəzetlərdə materiallar dərc olunub, telekanallarda sujetlər efirə verilib. Belə ki, AzərTac və “Olaylar” agentlikləri, “Azərbaycan”, “Respublika”, “Əkinçi” qəzetləri, “Xəzər” televiziyası bu barədə xəbərlər yayıb. Birlik yeni layihələrin uğurla icrasını bundan sonra da davam etdirəcək.
Nicat bəy Gəncliyə Dəstək Haqqında məlumat verdiyiniz üçün Sizə Birliküzvləri adından minnətdarlıqımızı bildiririk. Lazimi məlumatlar almaq üçün http://WWW.gdib.org baxa bil’rsiniz cox saq olun
Comments are closed.