Zərdab rayonunda çəltik yığımı başa çatıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, cari mövsümdə Zərdabın Məlikli və Pərvanlı ərazi vahidlərində 70,5 hektar sahədə çəltik əkini aparılıb. Məhsul yığımını uğurla başa vuran sahibkarlar sahələrdən 252 ton çəltik istehsal ediblər.
Yığılan çəltik yüksək keyfiyyəti ilə seçilir və buna görə də yerli bazarlarda bu məhsula tələbat çoxdur. Torpaq mülkiyyətçiləri gələn il çəltik əkini sahələrini azı 100 hektara çatdırmağı planlaşdırırlar.








