Zərdabda çaqqallar kəndə hücum edib

0
177

Zərdab rayonunda vəhşi heyvanlar kəndə hücum edib. Zerdab.com-un APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Əlibəyli kəndində baş verib. Kənd sakini Hamlet Məlikovun fərdi təsərrüfatındakı  xırda buynuzlu heyvanlara hücum edən çaqqallar 50 baş qoyuna xəsarət yetiriblər.

Sakinlər meşəliklə əhatə olunan kənddə analoji hadisələrin tez-tez baş verdiyini, bu cür halların qarşısını almaqda çətinlik çəkdiklərini deyiblər.