Zərdabın kəndlərində əhali ilə görüş keçirilib – FOTOLAR

0
165

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra etdiyi “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və yerlərdə özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar maarifləndirilməsi” adlı layihə çərçivəsində əhali ilə görüşlər keçirib. Bu barədə Zerdab.com saytına “Gəncliyə Dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov məlumat verib. Onun sözlərinə görə, görüşlər Zərdab rayonunun Gəlmə, Əlibəyli, Hüseynxanlı və Xanməmmədli kəndlərində baş tutub. Görüşlərdə gənclər arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin təbliğ olunması və biliklərin verilməsi, kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında gənclərin rolunun artırılması məsələləri müzakirə olunub, məlumatlar verilib. Görüşlərdə bir çox məsələlərlə bağlı gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Zerdab.com

ZERDABg%c9%99ncliy%c9%99-d%c9%99st%c9%99k-ictimai-birliyi5