Zərdabda 3 otaqlı evdə yanğın olub

0
29

Zərdabda yanğın hadisəsi qeydə alınıb.

Zerdab.com saytının Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, Zərdab rayonu, Qoruqbağı kəndində vətəndaşa məxsus ümumi sahəsi 160 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə və dam örtüyü 12 m2 sahədə yanıb.

Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın saat 22:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Zerdab.com