Zərdab 1 saylı məktəb-liseyin binası əsaslı təmir olunur

0
48

Zərdab şəhərindəki H.Zərdabi adına 1 saylı məktəb-liseyin binasının əsaslı təmirinə başlanılıb.

1176 şagird yerlik təhsil ocağının əsaslı təmiri Dövlət Proqramı çərçivəsində Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilir. İşlər “Xim Ekspres-2000” MMC tərəfindən görülür.

Qeyd edək ki, təhsil ocağı, həm də yeni inventar və avadanlıqlarla təchiz olunacaq.

Aparılan əsaslı təmir işləri ilə əlaqədar məktəb-liseyin şagirdləri müvəqqəti olaraq şəhər 2 və 3 saylı tam orta məktəblərdə təhsil alırlar.

Foto: Yaşar İskəndərli