Zərdabda ət, süd, yun istehsalı artıb

0
159

Mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalı

1 yanvar 2017-ci il tarixə rayonun təsərrüfatlarında heyvanların, quşların, atların və arı ailələrinin tam uçota alınması aparılmışdır. Uçota alınma rayon Statistika idarəsinin rəhbərliyi altında həyata keçirilmişdir. Uçotun keyfiyyətlə və mütəşəkkil aparılması üçün idarə, müəssisə  və təşkilatların baş mühasibləri, kənd və qəsəbə icra nümayəndələrinin iştirakı ilə təlimatı  müşavirələr keçirilmişdir.

Uçot rayonun  əhali və qeyri əhali təsərrüfatlarında aparılmışdır.

Uçota almanın yekunlarını analiz edərkən məlum olmuşdur ki, rayonun bütün təsərrüfat kateqoriyaları üzrə 01 yanvar 2017-ci il tarixə 54569 baş iri buynuzlu mal-qara, 113009 baş qoyun-keçi, 753 baş at, 641 arı ailəsi, 189381 baş quş mövcud olmuşdur. Ötən ilə nisbətən iri buynuzlu mal-qaranın sayı 141 baş, xırda buynuzlu mal qaranın sayı 38 baş, arı ailələri 8 ailə, quşların sayı isə 599 baş çoxalmışdır.

Bundan başqa hesabat dövründə 43732 sentner ət,  319343 sentner süd, 8074 min ədəd yumurta,1659 sentner yun istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 43 sentner, süd istehsalı 633 sentner, yumurta istehsalı 2 min ədəd, yun istehsali 3 sentner artmışdır.

Zərdab rayon Statistika İdarəsi