Zərdabda leysan təsərrüfatlara ciddi ziyan vurub – VİDEO

0
49

Bu gün saat 16:00 radələrində Zərdab rayonuna leysan yağıb. Zerdab.com saytı xəbər verir ki, leysan təxminən 25 dəqiqə davam edib. Rayon sakinlərinin Zerdab.com saytına verdikləri məlumata görə, nəticədə təsərrüfatlara ciddi ziyan dəyib.

Leysan meyvə-tərəvəzə, taxıl sahələrinə ciddi ziyan vurub, bəzi yerlərdə ağaclar, elektrik dirəkləri aşıb, naqillər qırılıb.

Bəzi həyətyanı sahələri su basıb, kəndlilərin otlaq, taxıl sahələrinə ziyan dəyib. Ağaclarda yetişməmiş tökülüb.

Dolu və qasırğanın vurduğu ziyanın həcmi hələlik məlum deyil.

Meyvə ağacları, pomidor və xiyar istixanaları yağan güclü yağış nəticəsində tamamilə bərbad vəziyyətə düşüb.

Leysanın yağma anının videosunu Zerdab.com saytının “facebook” səhifəsinə daxil olub izləyə bilərsiniz.

https://www.facebook.com/Zerdab.com.Zerdab.rayonu/